Logo

Tarix fakültəsinin tələbələri istehsalat təcrübəsində olublar

14.05.2022 13:16 359 baxış
IMG

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri mayın 10-dan 13-dək Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, S. Ə. Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsində olublar.

Tehsil.biz xəbər verir ki, təcrübədə Tarix ixtisası üzrə 122, Tarix müəllimliyi ixtisası üzrə 109 tələbə və SABAH qrupları Tarix müəllimliyi ixtisasının tələbələri iştirak ediblər. Təcrübəyə Arxeologiya və etnoqrafiya kafedrasının professor-müəllim heyəti rəhbərlik edib.

Təcrübə zamanı tələbələr Azərbaycan tarixinin tarixi-etnoqrafik, habelə arxeoloji  nümunələri ilə tanış olub, onlarla bağlı ətraflı məlumat əldə ediblər.

Xəbər lenti