Logo

Azərkosmos ASC-nin əməkdaşları ADAU tələbələrinə təlim keçib

14.05.2022 12:34 96 baxış
IMG

Azərkosmos ASC və Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanmış əməkdaşlıq memorondumuna əsasən 12 may 2022-ci il tarixində Azərkosms ASC-nin bir qrup əməkdaşı Aqrar Universitetdə olub.

Tehsil.biz xəbər verir ki, tədbiri açıq elan edən Universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov iştirakçılara uğurlar arzulayaraq bu cür təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Əməkdaşlar ali təhsil müəssisəsinin tələbələrinə Azərkosmosun əhatə etdiyi sahələr və fəaliyyəti haqqında, o cümlədən peyk idarəetmə sistemi, Fransa və Amerikada keçiriləcək təcrübə proqramları haqqında geniş məlumat verərək bilik və təcrübələrini paylaşıblar.

Görüşdə ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, CİS mərkəzinin direktoru İsmət Baxışov, Kosmik aparatların inteqrasiyası və test qrupunun rəhbəri Rüstəm Zalıyev, SGAC təşkilatının Azərbaycan üzrə əlaqələndirici şəxsi Əli Məmmədov, Strateji İnkişaf və Planlama departamentinin direktoru Natavan Həsənova iştirak ediblər.

Təlimin sonunda sual-cavabda fəal iştirak edən tələbələr qiymətləndirilib.

Elan edilən suallara düzgün cavab verən dörd nəfər tələbənin arzuları karta qeyd edilərək möhürlənmiş zərfə yerləşdirib və 2023-cü ildə Fransadan kosmosa göndəriləcək peykdə minlərlə arzu məktubunun içərsində yer almağa haqq qazanıb.

Xəbər lenti