Logo

Bakı Ali Neft Məktəbinin tələbəsi ABŞ-də simpoziuma qatılacaq

13.05.2022 21:29 302 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi, Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) BANM bölməsinin üzvü Elnur Əskərov ABŞ-də keçiriləcək beynəlxalq simpoziumda iştirak etmək haqqı qazanıb.

Tehsil.biz xəbər verir ki, Elnur Əskərov bu beynəlxalq elmi tədbirdə tələbə bölmələrini və ölkələrini təmsil etmək üçün dünya üzrə qatılacaq 50 tələbədən biridir. “SEG / Chevron # Tələbə Liderlik Simpoziumu” və “SEG 2022 İllik Toplantısı” 27 avqust - 1 sentyabr tarixlərində baş tutacaq.

Xəbər lenti