Logo

AƏSMA-da konfrans: "Zəngin müsəlman sivilizasiyasının nailiyyətləri" - FOTOLAR

13.05.2022 21:14 310 baxış
IMG

13.05.2022 tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  “Maliyyə-İqtisad" fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Zəngin müsəlman sivilizasiyasının nailiyyətləri" mövzusunda Fakültə Tələbə elmi-praktiki konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, konfrans Heydər Əliyevin həyat və yaradıcılığına dair video-çarx ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən “Tədris və elmi işlər üzrə” prorektor, professor Fərhad Mehbalıyev Ulu öndər Heydər Əliyev haqqında ətraflı məlumat verərək, konfransın işində uğurlar arzulayıb.

Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavriat səviyyəsində olan tələbələr maraqlı mövzularla çıxış ediblər.

Sonda “Maliyyə və mühasibat uçotu" kafedrasının müdiri, fakültə TEC sədri dosent Nurəngiz Mikayılova çıxış edərək, konfransın baş tutmasına görə Akademiyanın rəhbərliyinə, tələbələrə, fakültənin müəllimlərinə, xüsusilə, i.f.d. Amal Həsənova öz minnətdarlığını bildirib. Konfrans “İnnovasiya və kariyera” şöbəsinin müdiri Hikmət Mirzəyevin moderatorluğu ilə baş tutub.

Sonda konfransda iştirakına görə tələbələr sertifikatlarla təltif ediliblər.

Xəbər lenti