Logo

BDU-da “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” adlı ustad dərsi

13.05.2022 20:21 355 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” mövzusunda onlayn ustad dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, ustad dərsinin məruzəçisi Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı üzərində çalışdığı elmi-tədqiqat işindən bəhs edib.

Məruzəçi dünyada ən geniş yayılmış Quran qiraətlərinin (Asimdən edilən Həfs rəvayəti və Nafedən edilən Vərş rəvayəti) fonetik, leksik-qrammatik, qiraət fərqlərinin müqayisəli təhlilini aparıb, ən mübahisəli mövzu olan həmzə samiti ilə bağlı fonetik fərqləri incələyib.

Qeyd edib ki, tədqiqat işi Azərbaycanda az işlənmiş ərəb fonetikasının öyrənilməsində xüsusi əhəmiyyətə malikdir.

Vüqar Qaradağlı ustad dərsinin iştirakçılarının suallarını ətraflı cavablandırıb.

Xəbər lenti