Logo

2022-ci ildə ilk Ay tutulması hadisəsi olacaq

13.05.2022 16:44 456 baxış
IMG

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

"Tehsil.biz"in məlumatına görə, bu, tam Ay tutulması olacaq.

Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Xəbər lenti