Logo

Universitet adından "xeyriyyəçilik" məqsədilə pul yığılması məsələsinə aydınlıq gətirildi - RƏSMİ

13.05.2022 15:40 542 baxış
IMG

Sosial şəbəkələrdə insanlara müraciət edərək Sumqayıt Dövlət Universitetinin (SDU) adından istifadə edib pul yığıldığını xəbər vermişdik. Feysbuk sosial platformasında insanlara müraciət olunuraq könüllü xeyriyyə məqsədilə 1 manat ödəniş istənilməsi barədə də qeyd olunmuşdu.

Təhsil Nazirliyi sözügedən məsələyə aydınlıq gətirib.

Qurumdan "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, məsələnin SDU ilə ya birbaşa, yaxud da dolayısı olaraq heç bir əlaqəsi yoxdur:

"Belə ki, özünü Sumqayıt Dövlət Universitetinin tələbəsi kimi təqdim etməklə sosial şəbəkələrdə “xeyriyyəçilik” məqsədilə Fərhad Həsənov adlı şəxsin kart hesabını paylaşaraq guya universitetin könüllü qrupu adından imkansız ailələrə dəstək olmaq məqsədilə tələbələrdən pul yığmağa cəhd göstərən Leyla Məmmədova adlı şəxs SDU-nun tələbələri siyahısında yoxdur".

Xəbər lenti