Logo

Daha bir məktəbdə PUL YIĞIMI: Təhsil Nazirliyi sükutu pozmaq istəmir

13.05.2022 14:27 1309 baxış
IMG

Quba şəhərində yerləşən Hikmət Hüseynov adına 4 saylı orta məktəbdə təmir pulu adı ilə 15 manatdan pul yığılır.

Bu barədə "Tehsil.biz"in redaksiyasına daxil olan məlumatda bildirilir.

Qeyd olunub ki, bundan əlavə olaraq ilboyu süpürgəpulu, xəkəndazpulu və s. adı altında xırda məbləğdə ödənişlər tələb edilib.

İki övladı da həmin məktəbdə oxuyan şikayətçi hər iki övladı üçün ayrı-ayrılıqda həmin məbləğləri məcbur ödəməli olduğunu bildirir.

Tehsil.biz sözügedən məsələ ilə bağlı Hikmət Hüseynov adına 4 saylı orta məktəblə əlaqə saxladı. Məktəbdən saytımıza bildirildi ki, qeyd olunan şikayət əsassızdır:

"Məktəbimizin təmirə ehtiyacı olsa da, heç bir pul yığımından söhbət gedə bilməz. Bir müddət əvvəl məktəb binasının fasadı da Təhsil Şöbəsinin təşəbbüsü ilə təmir edilib. Təhsil müəssisəsinin bütün ehtiyacları qeydə alınaraq aidiyyəti üzrə təhvil verilib. Müvafiq qurumlar tərəfindən bütün ehtiyacların ödənilməsini gözləyirik".

Məsələ ilə bağlı Təhsil Nazirliyindən sorğumuza hələlik cavab verilməyib.

Fəqan Əzimli

Xəbər lenti