Logo

SDU universitetin adı ilə pul yığılması məsələsinə münasibət bildirdi

13.05.2022 12:44 486 baxış
IMG

Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin (SDU) adından istifadə edilərək feysbuk sosial platformasında insanlara müraciət olunur və könüllü xeyriyyə məqsədilə 1 manat ödəniş istənilir.

Sumqayıt Dövlət Universitetindən "Tehsil.biz"ə bildirilib ki, ali təhsil müəssisəsi məsələdən xəbərsizdir:

"Sumqayıt Dövlət Universiteti olaraq bildiririk ki, bu kimi kampaniyaların ali təhsil müəssisəmizə heç bir aidiyyəti yoxdur. Qeyd etmək lazımdır ki, SDU tərəfindən keçirilən bütün tədbirlər universitetin sdu.edu.az rəsmi portalında operativ şəkildə əks olunur".

Xəbər lenti