Təhsil Nazirliyi sertifikatlaşdırma prosesində iştirak etməməli olan təhsilverənlərin siyahısını açıqlayıb.
Qurumdan "Tehsil.biz"ə verilən məlumata görə, aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər;
- ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.
Fəqan Əzimli