Logo

DİM-də gözdən əlil şəxs üçün TOEFL iBT imtahanı keçirilib

13.05.2022 09:28 87 baxış
IMG

11-12 may tarixlərində Dövlət İmtahan Mərkəzində ilk dəfə olaraq sağlamlıq imkanları məhdud, gözdən əlil bir namizəd üçün kağız daşıyıcılar vasitəsilə TOEFL iBT imtahanı keçirilib. İmtahanın ilk 2 sessiyası mayın 11-də, digər 2 sessiyası isə mayın 12-də təşkil olunub.

Tehsil.biz xəbər verir ki, namizədin rahat şəkildə imtahan verməsi üçün binada ayrıca zal ayrılıb, tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçi təyin edilib.

Xatırladaq ki, TOEFL imtahanının əsas təşkilatçısı ETS (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatı da əlilliyi olan və ya sağlamlıqla bağlı xüsusi ehtiyacları olan iştirakçılara müvafiq şərait yaratmaqla xidmət göstərilməsinə dəstək verir.

Məlumat üçün bildirək ki, növbəti TOEFL iBT imtahanının 14 may 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/

Xəbər lenti