Logo

AzTU-da “CEO meetup” keçirilib

12.05.2022 23:03 438 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) "Caspian Energy Club"un təşkilatçılığı ilə “CEO meetup” keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkdaşları, Nəqliyyat və logistika fakültəsinin tələbələri, həmçinin "Caspian Energy Club"un üzvü olan şirkətlərin rəhbərləri iştirak edib.

Tədbirin moderatoru “Caspian Energy Club”un idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, görüş logistika xidmətləri göstərən şirkətlərin rəhbərləri ilə tələbələr arasında tanışlıq əlaqələrinin qurulması məqsədi daşıyır.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev logistika sahəsinin inkişafının ölkə üçün mühüm əhəmiyyətindən danışıb. Bildirib ki, AzTU-nun Nəqliyyat və logistika fakültəsi sözügedən sahə üzrə mütəxəssislər hazırlayır. Rektor qeyd edib ki, universitetdə logistika sahəsi ilə bağlı elmi-tədqiqat işlərinə artıq start verilib. Vilayət Vəliyev logistika üzrə təhsil alan tələbələrə karyeralarında uğur qazanmaları üçün daim bilik və bacarıqlarını inkişaf etdirməyi tövsiyə edib.

Daha sonra logistika xidmətləri göstərən şirkətlərin rəhbərləri - Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyasının sədri, “Hellmann Worldwide Logistics” şirkətinin direktoru Kamran Həbibov, “ASE Logistics Group” şirkətinin direktoru Rəşad Abasov və “U.F.E Shipping” şirkətinin təsisçisi və müdiri Elmir Poladov fəaliyyətləri haqqında tələbələrə məlumat verib.

“CEO meetup” sual-cavab formatında davam edib. 

Xəbər lenti