Logo

AzTU tələbələri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində olublar

12.05.2022 20:45 521 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov və bir qrup tələbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər.

Tehsil.biz xəbər verir ki, tələbələr “Şöhrət” muzeyində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar. Burada nümayiş olunan unikal sənədlər, arxiv materialları Heydər Əliyevin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu əks etdirir.

AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov tələbələrə yaradılan şəraitə görə DTX-nin Heydər Əliyev adına Akademiyasının və “Şöhrət” muzeyinin rəhbərliyinə təşəkkür edib.

Xəbər lenti