Logo

Musa Bağırov vəfat edib

12.05.2022 20:33 122 baxış
IMG

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat verib.

90 yaşlı Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib.

O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

Xəbər lenti