Logo

DİM: 9 dövlət orqanında mövcud olan 22 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

12.05.2022 19:47 271 baxış
IMG

Aprelin 14-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 49 namizədlə 49 müsahibənin keçirilməsi planlaşdırılır.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ən yüksək müsabiqə müraciəti vəziyyəti Ali Attestasiya Komissiyası, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 8 namizəd), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səyyar xidmətlərin təşkili şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 7 namizəd) üzrə yaranıb.
Müsahibələrin mayın 18-dən 26-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

 

 

Xəbər lenti