Logo

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan birinciliyində yüksək nailiyyət əldə edib

12.05.2022 18:37 381 baxış
IMG

U-15 kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında cüdo idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. 

Tehsil.biz xəbər verir ki, birincilikdə 92 klub, cəmiyyət və idman təşkilatlarından 117 qız, 459 oğlan olmaqla 576 nəfər 20 çəki dərəcəsində mübarizə aparıb. 

Həmin birinciliyə qatılan Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları 10 qızıl, 8 gümüş, 13 bürünc  olmaqla, ümumilikdə 31 medal qazanıb.

Yarışın nəticəsinə əsasən, ümumi hesabda Təhsil Nazirliyinin 1 nömrəli idman liseyi I yeri, “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi II yeri tutub.

Xəbər lenti