Logo

Dünya şöhrətli alimlər AzTU-nun doktorantları ilə görüşüb

12.05.2022 18:02 314 baxış
IMG

Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev və Kanadanın Beynəlxalq Biznes Universitetinin fəxri rektoru, professor Feridun Hamdullahpur Azərbaycan Texniki Universitetinin (AzTU)  doktorantları ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin əməkdaşları iştirak edib.

Alimləri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev görüşün keçirilməsinin əhəmiyyətindən danışıb. Rektor dünya şöhrətli alimlər - Məsud Əfəndiyev və Feridun Hamdullahpurun elmin və təhsilin inkişafına töhfələri barədə ətraflı məlumat verib.

Doktorantlarla söhbət zamanı dünya şöhrətli alimlər təhsilin əhəmiyyətindən, elm və təhsilin gənclərin inkişafındakı rolundan danışıblar. Qeyd olunub ki, tələbələr uğur əldə etmək və rəqabətqabiliyyətli ola bilmək üçün bilik və bacarıqlarını daim inkişaf etdirməlidirlər.

Görüşdə ali təhsil sistemindəki yeni trendlər, tələbə-müəllim münasibətinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin keyfiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti