Logo

Pedaqoji Universitetin kollektivi Heydər Əliyevin xatirəsini yad edib - FOTOLAR

12.05.2022 11:09 353 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibəti ilə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər. 

Tehsil.biz xəbər verir ki, universitet rəhbərliyi, müvafiq struktur bölmələrinin rəhbərləri, o cümlədən professor-müəllim heyəti və fəal tələbələr ümummilli lider H.Əliyevin məzarı üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanın milli dövlətçilik və milli mənlik şüurunun yenidən bərpa olunmasında müstəsna xidmətlər göstərmiş fövqəlbəşər şəxsiyyətdir.

Xəbər lenti