Logo

Bakı Dövlət Universitetində onlayn ustad dərsi keçiriləcək - ELAN

05.01.2021 11:44 639 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) V.Y.Axundov adına Elmi-tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Professor Adil Allahverdiyev tərəfindən 08 yanvar 2021-ci il saat 15:00-də Bakı Dövlət Universitetinin tələbələri və gənc tədqiqatçıları üçün Microsoft Teams platforması üzərindən “Koronavirusa (Sars-Cov-2) qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi keçiriləcəkdir.

 

Virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin 07 yanvar 2021-ci il saat 17:00-dək [email protected] və ya [email protected] ünvanlarına müraciət etməsi xahiş olunur.

Xəbər lenti