Logo

"Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində - FOTO

11.05.2022 23:16 469 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 4 şagirdi hər il ABŞ da keçirilən İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edir. 

BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, “Sabahın alimləri” XI Respublika Müsabiqəsinin qalibləri sırasından seçilən şagirdlər mayın 13-dək ABŞ-ın Corciya ştatının Atlanta şəhərində İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində öz layihələrini təqdim edəcəklər.  

Liseyin şagirdləri - Ayaz Ömərli “Ekologiya, ətraf mühitin idarə olunması” nominasiyasında “Qarabağ regionunun ekosisteminin (meşə massivlərinin) innovativ texnologiyalar vasitəsilə sürətləndirilmiş (intensivləşdirilmiş) bərpası”, Ərhan İbrahimli “Biologiya” nominasiyasında “Hidropon sistemdən istifadə etməklə və induktorların (fitohormonların) iştirakı ilə bitkilərin yeni becərilmə texnologiyası”, Nigar Namazova və Lalə Hüseynova “Mühəndislik nominasiyasında “Qənaətcil ağıllı suvarma sistemi” layihələri ilə çıxış edirlər.  

Qeyd edək ki, İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı 7 layihə ilə 12 şagird təmsil edir.

Xəbər lenti