Logo

BANM-in tədqiqatçı məzunu: “Bu Ali Məktəbin məzunu olduğum üçün qürur duyuram"

11.05.2022 22:20 445 baxış
IMG

Əli Məmmədov Bakı Ali Neft Məktəbinin ilk məzunlarındadır.

Tehsil.biz xəbər verir ki, O, 2012-ci ildə 637 balla BANM-in Kimya mühəndisliyi ixtisasına daxil olub və 2017-ci ildə bitirib. Hazırda AMEA-nın Radiasiya Problemləri İnstitutunun "Enerjiqənaətedici Radiasiya Prosesləri" laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışır. Eyni zamanda Gənc Alimlər və Mütəxəssislər Şurasının sədridir. Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarında iştirak edən Əli Məmmədov gənclərin elmə olan marağının artdığını deyir. Gənc tədqiqatçı elmlə yanaşı sosial və ictimai həyatın fəal olmasını da vacib hesab edir. 

Elm yolunu seçən Əli Məmmədov bunun səbəbini açıqlayıb:

“Həyatda hər şey maddiyyatdan ibarət deyil. Elm yolunda da kimsə həyatını fəda etməlidir. Mən də düşündüm və belə qərar gəldim ki, bu həyatda maddiyatdan daha çox gəncliyimiz, gələcəyimiz önəmlidir. Ən əsası ölkəmiz üçün nəsə etməliyik. Yalnız elm sahəsində deyil, sosial, ictimai həyatda da biz aktiv olmalıyıq. Bu yük gənclərin üzərinə düşür. Keçmişimizə baxaraq, yaşlı nəsildən örnək götürərək, bu günümüzü yaşayaraq gələcəyimizi qurmalıyıq”.

Gənc tədqiqatçı BANM-də aldığı təhsilin onda elmə maraq yaratdığını vurğulayır:

“BANM-in ab-havası, professor-müəllim heyətinin təhsil səviyyələri, bizə verdikləri bilik çox yüksək səviyyədə olub. Biz də onların yaxşı mənada təsirinə düşərək və onların dəstəyi ilə bu yolda özümüzü inkişaf etdiririk. Beynəlxalq səviyyədə mühəndis yetişdirən Ali Məktəbin məzunu olduğum üçün qürur duyuram. BANM-in məzunları təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində həm oxuyurlar, həm işləyirlər və öz sözünü demiş mütəxəssislərdir. Bunun üçün biz hörmətli rektorumuz başda olmaqla, dəyərli professor-müəllim heyətimizə, bizim əziyyətimizi çəkən bütün BANM ailəsinə dərin təşəkkürümüzü bildirirk”.

Xəbər lenti