Logo

Taekvondo hakimləri üçün beynəlxalq seminar başlayıb - FOTOLAR

11.05.2022 19:03 92 baxış
IMG

Taekvondo hakimləri üçün beynəlxalq seminar başlayıb.

Tehsil.biz xəbər verir ki, Dünya Taekvondo Federasiyasının (WTF) xətti ilə keçirilən və ölkəmizin ev sahibliyi etdiyi seminarın açılışında Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev, beynəlxalq federasiyanın baş hakimi Ameli Moras, Avropa Taekvondo Birliyinin baş hakimi Şakir Çelbat, təlim direktoru Filipp Bouedo və təlimçi Yoo Jung Seok hakimləri salamlayaraq onlara uğurlar arzulayıblar. 

Mayın 14-dək davam edəcək seminarda Avropa, Asiya və Afrikadan olan 130-a yaxın ədalət təmsilçisi iştirak edir. Onların içərisində beynəlxalq dərəcəli referilərimiz Gündüz Abdullayev, Oh Kvanq Çeol, Elşad Məmmədov, Elşad Qüdrətli, Coşqun Nadirov, Ramal Camalov, Ramal Əsgərov, Aygül Abdullayeva və milli dərəcəli hakim Jalə Əsədli də var.

Seminarlar gün ərzində iki dəfə - ASAPES-in akt zalında və Azərbaycan Taekvondo Federasiyasıın məşq zalında keçiriləcək.

Xəbər lenti