Logo

Fizika və ədəbiyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

11.05.2022 18:45 279 baxış
IMG

11 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif fizika və 9-cu sinif ədəbiyyat (rus bölməsi) dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının dərsliklərlə müqayisəli təhlili olub. Təhlil nəticəsində kitabçaların məzmununda təkmilləşmələr aparılıb, dərsliklərdəki dəyişikliklər nəzərə alınıb.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Xəbər lenti