Logo

Muğanbank Evrika liseyində təqdimat keçirib - FOTOLAR

11.05.2022 12:06 726 baxış
IMG

Muğanbank Mugan Junior kartının şagirdlər arasında tanınması məqsədilə Evrika liseyində təqdimat keçirib. Mugan Junior kartının təqdimatı Evrika liseyinin 3 fərqli bölməsində, azərbaycan, rus və ingilis dillərində təhsil alan şagirləri üçün həyata keçirilib.

Təqdimat zamanı bank əməkdaşları tərəfindən şagirdlərə bankların fəaliyyəti və məhsulları barəsində məlumatlar verilib. Uşaqlara nağdsız ödənişlərin üstünlükləri, həmçinin maliyyə xərclərinin düzgün idarə olunması barəsində maarifləndirici məlumatlar verilib.

Xatırladaq ki, Mugan Junior kartı 10-16 yaşlı uşaqlar üçün xüsusi olaraq fərdiləşdirilmiş 2 fərqli dizaynda, eləcə də AZN, USD və ya EUR valyutalarında pulsuz təklif olunur.

Qeyd edək ki, "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

Xəbər lenti