Logo

Fənn olimpiadalarının I final turunun nəticələri açıqlanıb

10.05.2022 18:28 301 baxış
IMG

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib. 

Tehsil.biz xəbər verir ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medal qazanıblar. 

Yekun nəticələrlə olimpiada.edu.az saytından tanış ola bilərsiniz. 

Qeyd edək ki, fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti