Logo

BDU-nun şəhid məzunlarının məzarları ziyarət olunub - FOTO

10.05.2022 17:36 488 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bir qrup tələbə və əməkdaşı fakültənin şəhid məzunları Nadir Nadirli və Tərxan Qurbanovun ailələrini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Mingəçevir və Şəmkir Şəhidlər xiyabanlarında şəhid məzunların məzarları ziyarət olunub, qarşısına əklil qoyulub, ruhlarına dualar oxunub. Daha sonra tələbə və müəllimlər hər iki şəhidin ailəsində olublar.

Görüşdə qeyd olunub ki, BDU-da şəhid tələbə və məzunlarının xatirəsi daim əziz tutulur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirilir. Ziyarətçilər Nadir Nadirli və Tərxan Qurbanovun Vətən torpağı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını və onların xatirəsinin əbədi yaşayacağını bildiriblər.

Xəbər lenti