Logo

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər - FOTO

10.05.2022 16:20 516 baxış
IMG

4-9 may 2022-ci il tarixlərində 39-cu Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.

Tehsil.biz xəbər verir ki, 6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 2 gümüş, və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X və XI sinif şagirdləri Cəlil Hüseynov və Toğrul Abbasov gümüş medal, həmin liseyin X sinif şagirdi Fidan Qarayeva, liseyin XI sinif şagirdi Amin Cəfərzadə və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə isə bürünc medal qazanıb. 

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 16 gümüş, və 35 bürünc medal qazanıb. 

Xəbər lenti