Logo

Dövlət Komitəsi: "Yeniyetmələrin vəziyyəti və problemləri nəzarət altındadır"

10.05.2022 12:09 321 baxış
IMG

"Bu məsələ gündəlik sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil, peşəkarlıq tələb edir".

Tehsil.biz xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cür hallar müvafiq dövlət orqanlarının nəzarəti altındadır:

"Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi üzərək narahat edir. Ailələrimizdə olan durum, uşaq və yeniyetmələrin vəziyyəti və rastlaşdıqları problemlər bizim diqqətimiz altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlayaq".

"Yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu məsələlərə həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyir. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir", - Komitə sədri əlavə edib.

Xəbər lenti