Logo

Azərbaycanda yeni radiokanal fəaliyyətə başlayıb

10.05.2022 10:00 336 baxış
IMG

Bu gündən etibarən Azərbaycanda yeni radio kanalı fəaliyyətə başlayıb.

Tehsil.biz xəbər verir ki, REAL FM adlı yeni radio kanalı Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyində yayımlanacaq.

Dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş REAL FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir. Xəbərlərlə yanaşı Real FM-də musiqilər də səsləndiriləcək.

REAL FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.

Qeyd edək ki, “Real FM”ın yayımlandığı tezlik daha əvvəl “Lider” radiosuna məxsus idi.

Xəbər lenti