Logo

AVH-nin ziyalıları gənclərlə görüşüb

07.05.2022 21:20 469 baxış
IMG

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) üzvü olan ziyalılar gənclərlə görüş keçirib.

Görüşdə Hərəkatın İdarə Heyəti və Məclis üzvlərindən fəlsəfə doktoru Məhəmməd Soltanoğlu, Əməkdar müəllim Aydın Allahverdiyev, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü iştirak ediblər.

Müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi görüş müzakirə və sual-cavab şəklində keçib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü, ikinci dövrü, müstəqil Azərbaycanın qurulması uğrunda aparılan mübarizədən və Cənubi Qafqazda gedən geosiyasi proseslər ətrafında ziyalıların çıxışları dinlənildikdən sonra müzakirələr aparılıb.

Tədbirin əvvəlində Azərbaycan Vətəndaş Hərəkatının İctimaiyyətlə əlaqələr üzrə koordinatoru Anar Salehoğlu Vətəndaş Hərəkatının ziyalıları və dünya azərbaycanlılarını bir araya toplamaq, onların birgə fəaliyyətini və həmrəyliyini təmin etmək kimi ali məqsədinin olduğunu vurğulayaraq gəncləri görüşdə fəal iştirak etməyə çağırıb.

Sonra AVH-nin Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Soltanoğlu mövzu ətrafında geniş çıxış edərək dünyada və regionda baş verən geosiyasi proseslərin ətraflı izahını verməklə sovet dövründə, milli azadlıq hərəkatının başlaması ərəfəsində və Azərbaycanın yeni müstəqillik əldə etdiyi 1990-cı illərdə ölkəmizin daxilində baş verən hadisələrin, yürüdülən siyasətin mahiyyətindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qazanılması istiqamətində göstərdiyi əvəzolunmaz xidmətlərdən söz açıb. Ümumilli liderin həm Azərbaycan SSR-yə, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatların Azərbaycanın gələcək taleyini həll etdiyini vurğulayıb.

Tədbirin davamında AVH İdarə Heyətinin üzvü, Əməkdar müəllim Aydın Allahverdiyev çıxış edərək  Qarabağın işğalı dövründə Azərbaycanın sosial-iqtisadi vəziyyətinin çox aşağı olduğunu, o dövrdə bəzi şəxslərin vəzifədən sui-istifadə etməsi nəticəsində dövlətimizin çətin vəziyyətə düşdüyünü qeyd edib. O, gənclərin elm və təhsil sahəsində aktiv fəaliyyət göstərmələrinin vacibliyini vurğulayaraq onlara oxuyub-öyrənmək üçün əhəmiyyətli olan bir çox əsərləri tövsiyə edib.

Daha sonra çıxış edən AVH İdarə Heyətinin üzvü, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal altında olan ərazilərimizi işğaldan azad etməsindən bəhs edərək, bu qələbənin əldə edilməsində cənab prezident İlham Əliyevin güclü siyasi iradəsinin və son 30 ildə əsaslı islahatlar nəticəsində böyük qüdrətə sahib olan Azərbaycan ordusunun əvəzsiz rol oynadığını bildirib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və müzakirə davam etdirilib.

 

Ətraflı "TehsilBiz TV" nın süjetindəh

ttps://youtu.be/2QCsAP1v4Xo

​​​​

Xəbər lenti