Mayın 7-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, professor müəllim heyəti və ictimai təşkilatlarının nümayəndələri ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri Xiyabana gələrək ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər-qərənfil dəstələri qoyublar.
Tehsil.biz xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı önünə gül-çiçək dəstələri düzülüb.