Logo

Məktəbdən şagirdlərin yaxasına "Georgi lenti" vurulması ilə bağlı AÇIQLAMA

07.05.2022 13:39 901 baxış
IMG

Paytaxtın 164 nömrəli orta məktəbi 9 May – Qələbə Günü ilə bağlı keçirilən tədbirdə iştirak edən şagirdlərin sinəsinə Rusiya imperiyasını simvolizə edən "Georgi lenti”nin yapışdırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, iddialar əsassızdır. 

Mövzu ilə bağlı: Nazirlik şagirdlərin yaxasına “Georgi lenti” taxan məktəb direktoru barədə nə fikirləşir? - FOTOLAR

"Görüntüdə şagirdlərin yaxasına vurulan "Georgi lenti" deyil. Onlar sadəcə 15 ildir, məktəbin arxivində qalan sadə lentlərdir. Sözügedən foto ibtidai sinif müəlliminin tədris etdiyi "Oxu" dərsi zamanı çəkilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən araşdırma aparıldığı bildirilib. Təhsil Nazirliyi isə mövzu ilə bağlı açıqlama verməyib.

Fəqan Əzimli

Həmçinin oxuyun: Şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırıldı, araşdırma başlandı - FOTO

Xəbər lenti