Logo

"Məktəb psixoloqlarının üzərinə ciddi vəzifələr düşür" - Deputat intiharlardan DANIŞDI

07.05.2022 13:20 965 baxış
IMG

"Son 1 həftə ərzində 2 məktəbli qız hündürmərtəbəli binadan özlərini yerə ataraq intihar edib. Səbəblər sırasında imtahanda zəif nəticə və valideyn təzyiqi göstərilir. Səbəb nə olur, olsun gül balalarımızın gözlərimiz qarşısında özlərinə qıyması çox üzücüdür".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Millət vəkili Ceyhun Məmmədov bildirib.

Deputat hesab edir ki, burada həm məktəblərin, həm də valideynlərin üzərinə ciddi vəzifələr düşür:

"Dinimizdə intihar ən böyük günah əməllərdən sayılır. Məktəblərdə, ailələrdə, mediada bu mövzuda geniş maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Burada məktəb psixoloqlarının da üzərinə ciddi vəzifələr düşür. 
Həmçinin valideynlər də övladları ilə münasibət və rəftarda çox diqqətli olmalıdırlar. Onlarla daha çox vaxt keçirməli, problemlərinə həssas yanaşmalı, təzyiqdən uzaq olmalıdırlar. Əks halda bu hadisələrin davamlı baş verməsinin şahidi olacağıq". 

Ceyhun Məmmədov bildirib ki, gənclər intiharın heç bir çətinlikdən çıxış yolu olmamasını bilməlidirlər.

"Əziz gənclər, siz bunu etməklə böyük günah qazanmaqla yanaşı, sizi sevənlərə də böyük iztirab və kədər yaşadırsınız. Problem varsa, müzakirə etmək, çıxış yolu axtarmaq lazımdır", - Millət vəkili qeyd edib.

Fəqan Əzimli

Xəbər lenti