Logo

“Ali Təhsildə Keyfiyyət Təminatı” mövzusunda Beynəlxalq Forumun ikinci günü - FOTOLAR

06.05.2022 22:07 454 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət Təminatı” mövzusunda Beynəlxalq Forumun ikinci günündə paralel üç vorkşop üzrə müzakirələr aparılıb.

Tehsil.biz xəbər verir ki, I vorkşop Daxili Keyfiyyət Təminatı sistemlərinin təkmilləşdirilməsi ehtiyaclarının müəyyən edilməsi, II vorkşop ali təhsildə keyfiyyətin və məşğulluğun artırılması, III vorkşop isə ənənəvi təhsil metodundan müasir PBL və SCL yanaşmaları metoduna doğru addımlar mövzularında təşkil olunub.

İnnovasiya və Karyera şöbəsinin müdiri Hikmət Mirzəyev,  Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri Pərvin Məmmədova və Maliyyə-İqtisad fakültəsinin tyutoru, müəllim Aytən Ağayeva Akademiyanı keçirilən Beynəlxalq Forumda təmsil ediblər.

Xəbər lenti