Logo

Əmək və Sosial Münasbətlər Akademiyasında elmi-praktik konfrans keçirilib - FOTO

06.05.2022 19:40 439 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasbətlər Akademiyasında 6 may 2022-ci tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Modernləşmənin prioritet istiqamətləri: sosial-mədəni və iqtisadi-ekoloji aspektlər” mövzusunda Microsoft Teams proqramı üzərindən onlayn qaydada beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransı giriş nitqi ilə Akademiyanın  rektoru sosiologiya elmləri doktoru, professor Hüseyn Qaraşov açaraq, iştirakçıları salamlayıb və konfransın gedişatına müvəffəqiyyətlər arzulayıb.

Planer iclasda Türkiyə Uşaq Universiteti Egitim Fakültəsinin professoru Adem Sezer, İzrail Mühəndislik Akademiyasının “Sənaye mühəndisliyi və menecment” kafedrasının  dosenti Pini Davidov, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Opservatoriyası şöbə müdiri dosent Mətləb Mahmudov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru və müdiri Vilayət İsmayılov maraqlı mövzularla çıxış etdilər.
Sonra konfrans öz işini Panel iclaslarda davam etdirib.

Xəbər lenti