Logo

Dilçilik İnstitutunun elmi işçiləri attestasiyadan keçiblər

06.05.2022 17:00 372 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq elmi işçilərin attestasiyası keçirilib.

İnstitutdan bildirilib ki, bu məsələ əvvəlcə Elmi şurada müzakirə edilib, işçilərin siyahısı, müvafiq sənədlər, eləcə də attestasiyanın keçirilmə vaxtı tərtib olunub.

Attestasiya zamanı elmi işçilərin hər birinin son 5 ildə (2017-2022-ci illər) fəaliyyəti nəzərdən keçirilib, onların müvafiq şöbələrdə yerinə yetirilən elmi işlərdə iştirakları, üstünlükləri, tutduqları vəzifəyə uyğun gəlib-gəlmədikləri müəyyənləşdirilib. Hər bir elmi işçinin gələcək fəaliyyətinə dair tövsiyələr verilib.

Qeyd edək ki, bir ay ərzində institutun 94 elmi işçisi attestasiyadan keçirilib, 15 nəfər vəzifədə irəli çəkilib.

Xəbər lenti