Logo

ADPU-nun Cəlilabad filialında “Ulu bir sərkərdə, ulu bir öndər” adlı tədbir keçirilib

06.05.2022 14:42 630 baxış
IMG

May ayının 5-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin  təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı ümumfilial tədbiri keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə filialın professor–müəllim heyəti, tələbə kollektivi iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının  Dövlət  Himni səsləndirilib, ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə xanəndə Y.Məmmədovun təqdimatında  Qarabağ Şikəstəsi, filial tələbələrindən Arzu Əliyevanın kamançada ifasında  “Heyratı” muğamı, Tərlan Seyfullayevin və Röyal Əliyevin ifasında muğam və “Qal sənə qurban”,  Asif Əsədovun sintezatorda “Dünya sənin, Dünya mənim” mahnısı dinlənilib. 

Cəlilabad rayon Uşaq İncəsənət məktəbinin müəllimi Canəli Əmirovun  skripka  ifası və həmin məktəbin şagirdlərindən Yusif  Əsədovun “Siyakü” rəqsi, Anar Cəfərovun gitarada “Xudayar təsnifi” və filialın xanım tələbələrindən ibarət rəqs ansamblının ifasında “Şuşanın dağları” rəqsi böyük maraqla qarşılanıb. 

Tədbirin sonunda filialda keçirilən “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Eləcə də, universitet rəhbərliyi tərəfindən filialın ictimai-sosial işlərində, mədəni – kütləvi tədbirlərində  fəal iştirak edən tələbələr fəxri fərman ilə təltif ediliblər.

Xəbər lenti