Logo

Bakı Ali Neft Məktəbində tədris prosesi ilə bağlı iclas keçirilib

06.05.2022 11:08 412 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tədris prosesi ilə əlaqədar Ali Məktəbin əməkdaşları və müəllim-professor heyəti ilə iclas keçirib.

Tehsil.biz xəbər verir ki, iclasda rektor builki tədris ilinin gedişatı, təhsil  prosesi və dərslərin təşkili ilə maraqlanıb.

BANM-in Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov akademik, elmi-tədqiqat fəaliyyətinin təşkilini və davamlılığı, tədris prosesinə nəzarət,   mövcud olan problemlər və onların həll olunması yolları barədə məlumat verib. 

Rektor Elmar Qasımov cari məsələlərlə bağlı professor-müəlim və adminstrativ heyəti dinləyib, onlarla fikir mübadiləsi aparıb, təhsil və tədrisin təşkili ilə bağlı göstəriş və tövsiyələrini verib.

Xəbər lenti