Logo

"ARB 24 NewsLab" təlim proqramına qəbul başlayıb

05.05.2022 21:51 506 baxış
IMG

Bakı Dövlət Universiteti ilə "ARB24” telekanalı arasında aprelin 29-da imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində  3 aylıq "ARB 24 NewsLab" təlim proqramına qəbul başlayıb.

Tehsil.biz xəbər verir ki, təlim proqramına Jurnalistika fakültəsinin 4-cü kurs əyani və qiyabi bölməsinin, magistratura pilləsinin tələbələri qoşula bilərlər. "ARB 24 NewsLab" təlim proqramı  xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü və videomontaj istiqamətlərini əhatə edəcək.

Təlim proqramını uğurla başa vuranların azı 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.

Müraciət etmək istəyənlər mayın 11-i saat 18:00-dək [email protected] ünvanına  CV göndərə bilərlər.

Xəbər lenti