Logo

BDU-nun Hüquq fakültəsinə yeni dekan seçilib

05.05.2022 19:25 596 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dekan vəzifəsinə seçkilər keçirilib.

"Tehsil.biz"in xəbərinə görə, Zaur Əliyev səs çoxluğu ilə fakültənin dekanı seçilib.

1980-ci il təvəllüdlü Z.Əliyev 2010-cu ildən BDU-da çalışır. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında da pedaqoji fəaliyyətlə məşğul olur. Hüquq üzrə fəlsəfə doktorudur.

Fakültənin əvvəlki dekanı Əmir Əliyev idi.

Xəbər lenti