Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət Təminatı” mövzusunda Beynəlxalq Forum keçirilib.
Tehsil.biz xəbər verir ki, forumun təşkil olunmasında əsas məqsəd daxili və xarici keyfiyyət təminatı, tədris və təlimdə keyfiyyətin təmin edilməsi, tədqiqat potensialının inkişafı, eləcədə ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsəllələrini müzakirə etməkdir.
TKTA-nın idarə heyətinin sədri Ülkər Səttarova Açılış nitqi söyləyib. Əsas məruzəçilər qismində isə Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev, “ENQA”-nın prezidenti Douglas Blackstock, “İNQAAHE”-nin prezidenti Deb Adair, “CEENQA”-nın vitse-prezidenti professor Olgun Cicek çıxış ediblər.
İki gün davam edəcək Forumun ilk günündə “Keyfiyyət mədəniyyətinin inkişafında Xarici Keyfiyyət Təminatı Mexanizmlərinin rolu” mövzusunda Panel müzakirələr aparılıb.
AƏSMA-nın rektoru Hüseyn Qaraşov, prorektor professor Fərhad Möhbalıyev və Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri Pərvin Məmmədova da Panel müzakirələrində iştirak ediblər.