Logo

Bu il birinci siniflərə qəbul üzrə müsahibələr ƏYANİ formada keçiriləcək

05.05.2022 11:41 348 baxış
IMG

“Bu il tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı bütün müsahibələr canlı formada həyata keçiriləcək”.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O qeyd edib ki, pandemiya səbəbindən ötən il müsahibələr onlayn formada aparılıb:

“Artıq bu il müsahibələr canlı olacaq. Müsahibələr üçün qeydiyyat mayın 10-dan 31-dək davam edəcək. Bbu ildən məktəbəqədər təhsil üzrə qeydiyyat da vahid sistem üzərindən, onlayn elektron qeydiyyat formatında həyata keçiriləcək. Yaxın günlərdə bunla bağlı məlumat veriləcək. Bu da təhsilin əlçatanlığı baxımından mühüm rol oynacaq”.

Xəbər lenti