Logo

Təhsil Nazirliyi: "Bütün siniflər üzrə yerdəyişmə mümkün deyil"

05.05.2022 11:32 790 baxış
IMG

"İstedadlı şagirdlərin sinifdən-sinfə keçirilməsi mümkündür".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, proses müvafiq qaydalar əsasında aparılır:

"Ancaq şagirdlər sadəcə təhsil pillələrinin sonunda birbaşa digər sinfə keçirilə bilər. III sinfi oxumadan birbaşa IV sinfə, VIII sinfi oxumadan birbaşa IX sinfə, X sinfi oxumadan birbaşa XI sinfə keçmək olar. Yəni bütün siniflər üzrə yerdəyişmə mümkün deyil".

Xəbər lenti