Logo

Övladını birinci sinfə qoyarkən problemlə üzləşən valideynlərin NƏZƏRİNƏ

05.05.2022 11:29 494 baxış
IMG

Övladını birinci sinfə qoymaq istəyən valideynlərin texniki problemlə üzləşdiyi halda hara müraciət etməli olduqlarına aydınlıq gətirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov məlumat verib.

O bildirib ki, hər bir rayonda alternativ qəbul mərkəzləri var:

“Belə hallarla bağlı yerli təhsil qurumuna müraciət etmək tövsiyə olunur. Həmçinin “ASAN xidmət” mərkəzləri ilə də iş aparılır. Valideynlər texniki problemlə üzləşəndə ora da müraciət edə bilərlər. Bundan başqa Nazirliyin vatsap nömrəsinə də yaza bilərlər".

Xəbər lenti