Logo

Nazirlikdən məktəbəhazırlıq qruplarının bağlanıb-bağlanmayacağına dair AÇIQLAMA

05.05.2022 11:26 2348 baxış
IMG

Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarının bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov məlumat verib.

Onun sözlərinə görə, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər yayılıb:

“Ancaq belə şey yoxdur. Məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək. Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur”.

Xəbər lenti