Logo

Azərbaycan bölməsi üçün məktəb və sinif seçimi nə vaxt başlayacaq?

05.05.2022 11:23 535 baxış
IMG

"I siniflərə elektron şagird qəbuluna mayın 4-dən başlanılıb".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, hər il təxminən 150 min şagird I siniflərdə tədrisə başlayır:

"Mayın 6-dan Azərbaycan bölməsi üçün məktəb və sinif seçimi başlayacaq. Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində heç bir prosedura ehtiyac yoxdur, birbaşa I sinfə qəbul olunurlar. Artıq avtomatik olaraq həmin qruplarda təhsil alan 90 minə yaxın şagird I sinfə qəbul olunub. Həmin şəxslər sadəcə mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər. Birbaşa I sinfə gedəcək şagirdlər isə şəxsi kabinet açaraq mayın 6-dan məktəb və siniflərini seçməlidirlər”.

Xəbər lenti