Logo

BDU tələbələri uşaq sığınacağını ziyarət ediblər

04.05.2022 18:50 512 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə bir qrup tələbə Ramazan bayramı münasibətilə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edib.

Tehsil biz xəbər verir ki, ziyarətin əsas məqsədi Ramazan bayramında valideyn himayəsindən mərhum olmuş və zorakılığa məruz qalmış uşaqları sevindirmək, onlara dəstək olmaq və bayramlarını daha yaddaqalan etmək olub.

BDU tələbələri uşaqlara müxtəlif hədiyyələr təqdim edib, onlarla birlikdə maraqlı oyunlar oynayıb, qayğıya ehtiyacı olan uşaqlar üçün gözəl bayram əhvalı yaradıblar.

Xəbər lenti