Logo

Nazir: "Bakı və qəsəbələrdə problem məktəblərin təmiri yox, şagird sıxlığı ilə əlaqədardır"

04.05.2022 13:20 320 baxış
IMG

Bakı və Bakıətrafı qəsəbələrdə ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlərə aydınlıq gətirilib.

APA xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Saray qəsəbəsində böyük bir məktəbin inşası bitmək üzrədir.

“Binə qəsəbəsində həm Təhsil Nazirliyinin, həm də Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində inanıram ki, şagird sıxlığı ilə bağlı problemi əsaslı şəkildə həll edə bilmişik. Orada hələ də 2 məktəbin tikintisi davam edir. Bu da problemin həllinə öz töhfəsini verəcək. Xırdalan şəhərində problemimiz nisbətən ciddidir. Orda da 2 000 nəfərlik məktəbin inşası davam edir və daha bir məktəb binasının da layihələndirmə işlərinə başlamışıq. Bu il Masazır qəsəbəsində də yeni məktəbin tikintisi planlaşdırılıb. Ümumiyyətlə, Bakı və Bakı ətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə əlaqədardır”, - nazir əlavə edib.

Xəbər lenti