Logo

Gəncə terrorunda valideynlərini itirən tələbənin nişanı olub - FOTOLAR

04.05.2022 11:22 515 baxış
IMG

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi keçirilib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sevil Talış adlı oğlanla nişanlanıb. Qeyd olunub ki, nişan mərasimi yaxınlarının iştirakı ilə baş tutub.

Qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən  Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.  

Xəbər lenti