Logo

Uil Makivr ADPU tələbələrinə xaricdə təhsil imkanlarından danışıb

30.04.2022 15:33 635 baxış
IMG

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Unibroad.co-un təşkilatçılığı ilə Azərbaycana dəvət edilmiş Kembric təhsil qrupunun Biznesin inkişafı üzrə direktoru Uil Makivr tərəfindən universitetin tələbələri üçün  “Xaricdə təhsil imkanları” mövzusunda görüş keçirilmişdir.

Tehsil.biz xəbər verir ki, görüşdə tələbələrə xarici universitetlərdə təhsil almaq üçün ödənişsiz qeydiyyatdan keçmək və universitet seçimində təhsil xərcləri, viza və yaşayış məsələləri kimi diqqət edilməli məqamlar barədə geniş təqdimat keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda ADPU tələbələri Unibroad.co tərəfindən aprelin 30-da keçiriləcək Unibroad təhsil sərgisinə dəvət olundular.

Qeyd edək ki, Unibroad International dünyanın aparıcı universitetlərində xaricdə təhsil almaq arzunuzu həyata keçirmək üçün qurulmuş tam avtomatlaşdırılmış platformadır. Bu qlobal platforma təhsil səviyyəsinə uyğun proqramları asanlıqla tapmağa və onları bir neçə dəqiqə ərzində seçdiyiniz proqramlara tətbiq etməyə imkan verir.

Xəbər lenti